• Bakı 13° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Azərbaycan Vyetnamdan nar almağa başladı

CƏMİYYƏT

25 Noyabr 2025 | 16:00

Azərbaycan Vyetnamdan nar almağa başladı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində 8 023 ton nar ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 28 % çoxdur.

Azərbaycan Rusiyaya 6,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çox) 7 096 ton (+27 %), Ukraynaya 360 min ABŞ dolları dəyərində (+38 %) 441 ton (+63 %), Gürcüstana 273 min ABŞ dolları dəyərində (+58 %) 378 ton (+45 %), Qazaxıstana 36 min ABŞ dolları dəyərində (-28 %) 60 ton (-15 %), Birləşmiş Ərəb Əmirliklərinə 27,5 min ABŞ dolları dəyərində 18,3 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycan 146,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 71,23 ton (+3 dəfə) nar idxal edib.

Azərbaycan Rusiyadan 78,4 min ABŞ dolları dəyərində 28 ton (1 il əvvəl tədarük olmayıb), Perudan 26,8 min ABŞ dolları dəyərində (-27 %) 10,7 ton (-27 %), Türkiyədən 24,8 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 20,7 ton (+4,2 dəfə), İrandan 12,9 min ABŞ dolları dəyərində (+22 dəfə) 10,7 ton (+20 dəfə), Cənubi Afrikadan 2,2 min ABŞ dolları dəyərində (-49 %) 0,9 ton (-47 %) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Vyetnamdan tədarük (0,2 min ABŞ dolları dəyərində 0,05 ton) həyata keçirilib.


SON XƏBƏRLƏR