• Bakı 22° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Azərbaycana xaricdən pul köçürmələri AZALDI

CƏMİYYƏT

25 Oktyabr 2023 | 10:51

Azərbaycana xaricdən pul köçürmələri AZALDI

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 896.6 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 466.5 milyon manata bərabər olub.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.3 dəfə və ya 2 milyard 523.3 milyon manat, banklardan xaricə köçürmələr isə 39,2% və ya 300.8 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 9 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 4 milyard 419.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 767.3 milyon manat təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026