• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda BAYRAM TƏTİLİ: 9 gün evdəyik

CƏMİYYƏT

18 Mart 2023 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda BAYRAM TƏTİLİ: 9 gün evdəyik

Bu gündən Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır.

Bakıvaxtı.azxəbər verir ki, qeyri-iş günləri martın 18-də başlayacaq və martın 26-da isə son qeyri-iş günü olacaq.

Belə ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2023-cü il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Beləliklə, 18, 19 və 25, 26 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (18,19, 20, 21, 22, 23, 24, 25 və 26 mart) qeyri-iş günləridir.

Növbəti iş günü martın 27-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR