• Bakı 17° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Azərbaycanda bu lizinq şirkəti LƏĞV OLUNUR

İQTİSADİYYAT

12 May 2025 | 19:53

Azərbaycanda bu lizinq şirkəti LƏĞV OLUNUR

"SOA Leasing" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən lizinq şirkəti ötən il iyun ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Alıyev Ruslan Nizami oğlu olan şirkətin nizamnamə kapitalı 136 000 manat təşkil edir. Şirkət passiv vergi ödəyicisi kimi bilinir, ancaq hər hansısa vergi borcu qeydə alınmayıb.

Yeri gəlmişkən, "Gözəllik" ASC də ləğv olunduğunu elan edib. Şirkət 28 906 manat nizamnamə kapitalına malikdir, qanuni təmsilçisi isə Xudiyev Teymur Turab oğludur.


SON XƏBƏRLƏR

12 May 2025