Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,9 milyon ton yük, 964,1 min sərnişin daşınıb.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yükdaşımalar 14,6 %, sərnişindaşımalar isə 57 % artıb.
Hesabat dövründə orta hesabla sutkada 195 vaqon yüklənmiş, 406 vaqon isə boşaldılıb.
Gün ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 8,9 min ton, Qərb istiqaməti üzrə 1,7 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.