Azərbaycanda dustaq dünyasını dəyişib.
Bakıvaxtı.az-ın apa-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Şəki Penitensiar müəssəsində cəza çəkən 1975-ci il təvəllüdlü Yevlax şəhər sakini Kamal Şəmistan oğlu Abdullayev ötən gün səhhəti ilə bağı Şəki RMX-na yerləşdirilib. K. Abdullayevdə bu gün səhər saatlarında bioloji ölüm faktı qeydə alınıb.
Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomita Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
















