• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda ət də bahalaşır? - AÇIQLAMA

CƏMİYYƏT

28 Oktyabr 2023 | 15:35

Azərbaycanda ət də bahalaşır? - AÇIQLAMA

"Bu yaxınlarda statistik məlumatları götürdüm. Belə ki, respublikada heyvandarlıq sayı xeyli aşağı düşüb. Bir neçə il bundan əvvəl 10 milyona yaxın xırdabuynuzlu heyvan olub, amma il ərzində onların sayının 800-900 min azalması acınacaqlıdır. İribuynuzlu mal-qaranın sayında da təxminən eyni azalmanın olması yaxşı hal deyil. Ətin qiymətinin bahalaşmasına səbəb olan amillərdən biri odur ki, heyvanların sayı azalır".

Bakıvaxtı.az xəbər verir ki, bunu  açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib. O bildirib ki, insanlar nədənsə kənd təsərrüfatı işlərinə getmək istəmirlər:

"Bunu deyəndə bəziləri mənə qarşı tənqidi fikirlər söyləyirlər ki, "müəllim, daha qoyun, inək saxlamaq, sağmaq vaxtı keçib". Heç də elə deyil. Təəssüflər olsun ki, getdikcə heyvan saxlayanların sayı azalır. Belə olan halda isə ətin qiyməti artır. Heyvanların sayı azalırsa, onları saxlamağa laqeydlik göstəririksə, sözsüz ki, qiymətlər artmalıdır. Digər bir tərəfdən bəzi işbazlar rayonlardan heyvanları ucuz qiymətə alaraq gətirib şəhərdə baha satırlar. Burada müəyyən inhisarçılıq halları var. Bir çox hallarda adamlar özləri mal-qaranı gətirib şəhərdə sata bilmirlər. İstərdik ki, qiymət artımı olmasın. İqtisadi məsələlər var ki, araşdırılmalıdır. Bunun kökündə nə dayanır? Nə üçün bu qədər kənd təsərrüfatına yararlı torpaqlar son illərdə icra orqanları və bələdiyyələrin səhlənkarlığı nəticəsində tikintiyə verilib? 10 min hektarlarla kənd təsərrüfatına yararlı torpaq tikintiyə verilib və müəyyən adamlardadır. Həmin torpaqlardan istifadə olunmursa, mal-qara saxlamaq mümkün deyil. Belə olan halda ətin qiyməti artacaq".

T.Rzayevin sözlərinə görə, müəyyən adamlar var ki, öhdələrində 100 hektarlarla torpaq sahəsi var və neçə illərdir ondan istifadə etmir: "Bununla bağlı tədbirlər görülməlidir. Əgər əkilməyən torpaqlar varsa, onlar müəyyənləşdirilməlidir. Tədbirlər görülməsinə baxmayaraq, yenə də belə hallar var. Bunun nəticəsidir ki, ildən-ilə kənd təsərrüfatı məhsullarının qiyməti artır". /Unikal.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026