• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda istilik mövsümü başlasa da, soyuqda qalanlar var   

GÜNDƏM

19 Noyabr 2021 | 12:36

Azərbaycanda istilik mövsümü başlasa da, soyuqda qalanlar var

Hər il olduğu kimi, bu il də noyabrın 15-dən Azərbaycanda növbəti istilik mövsümünə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, havaların soyuq keçməsinə baxmayaraq, Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki yaşayış binalarına istilik hələ də verilməyib.

Yaşayış kompleksinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəhbəri istilik sisteminin işə salınması üçün sakinlərdən 10 manat tələb edib. Bəzi sakinləri bu tələbə etiraz ediblər. Bu hadisədən sonra yaşayış binalarına istilik hələ də verilməyib. Nəticədə məktəblilər xəstələnib. Bu səbəbdən şagirdlər təhsil almaq hüququndan məhrum olublar.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə informasiya sorğusu göndərilib. 

Ramid İbrahimov

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026