• Bakı 22° C

    5.44 m/s

Azərbaycanda məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

CƏMİYYƏT

23 Avqust 2021 | 19:10

Azərbaycanda məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

Bütün ümumi təhsil müəssisələrinin IX siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursu tədris ediləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə əksini tapıb.

Qeyd olunub ki, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026