• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Azərbaycanda meşəbərpa tədbirləri davam edir

CƏMİYYƏT

03 Noyabr 2022 | 19:31 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda meşəbərpa tədbirləri davam edir

Azərbaycanda meşəbərpa tədbirləri bu gün Quba, Tovuz, Şəmkir, Ağcabədi, Qəbələ, Şəki, Sabirabad və Göygöl rayonlarının meşə fondu ərazisində həyata keçirilib.

Bunu Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

Xidmət rəsmisinn sözlərinə görə, gün ərzində ümumilikdə 22 hektar ərazidə 16 000 ədəd ting əkilib, 800 kiloqram palıd toxumu səpilib

O qeyd edib ki, payız ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisinin meşə fondu torpaqlarının 194 hektar sahəsində 142 mindən artıq ting əkilib, 9 500 kiloqram toxum səpilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR