• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycanda polis özünü GÜLLƏLƏDİ - YENİLƏNİB

CƏMİYYƏT

25 Noyabr 2021 | 12:18

Azərbaycanda polis özünü GÜLLƏLƏDİ - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda mühafizə polisi əməkdaşı polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

Bakıvaxtı.az Unikal.org-a istinadən xəbər verir ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin Hospitalında psixoloji problemlərdən əziyyət çəkdiyi üçün müalicə alıb.

Qeyd edək ki, R.Mütəllimovun bir övladı var.

***

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, DİN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

Hazırda məsələ araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026