• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Azərbaycanda sənaye istehsalı ARTIB

İQTİSADİYYAT

17 Yanvar 2025 | 13:27

Azərbaycanda sənaye istehsalı ARTIB

2024-cü ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 64,1 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 1,1 % çox sənaye məhsulu istehsal edib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,5 %, qeyri neft-qaz sektorunda isə 7,3 % artıb.

Sənaye məhsulunun 64,3 %-i mədənçıxarma sektorunda, 29,8 %-i emal sektorunda, 4,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,6 % azalıb, əmtəəlik qaz hasilatı isə 6,2 % artıb.

Emal sektorunda əczaçılıq məhsulları istehsalı 81,5 %, mebel istehsalı 45,9 %, avtomobil, qoşqu və yarımqoşqu istehsalı 44,7 %, hazır metal məmulatları istehsalı 38,9 %, elektrik avadanlıqları istehsalı 32,8 %, metallurgiya sənayesi məhsulları istehsalı 27,1 %, ağacın emalı və ağacdan məmulatlar istehsalı 25,9 %, geyim istehsalı 24,7 %, rezin və plastik kütlə məmulatları istehsalı 18 %, tikinti materialları istehsalı 16,9 %, içki istehsalı 15,7 %, qida məhsulları istehsalı 10,5 %, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 9,3 %, kimya sənayesi məhsulları istehsalı 6,5 %, kağız və karton istehsalı 5,9 %, kompüter, elektron və optik məhsul istehsalı 4,7 %, tütün məmulatları istehsalı 4,1 %, sair sənaye məhsulları istehsalı 2,8 %, toxuculuq sənayesi məhsulları istehsalı 0,9 % artıb, maşınların və avadanlıqların quraşdırılması və təmiri işləri 1,2 %, neft məhsulları istehsalı 11 %, poliqrafiya məhsulları istehsalı 23,7 %, sair nəqliyyat vasitələri istehsalı 50,3 %, maşınların və avadanlıqların istehsalı isə 51,4 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,7 % artıb.


SON XƏBƏRLƏR