Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
***
10:59
Tovuzda zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, Tovuz rayonunun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq söndürülüb.
Bildirilib ki, Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
10:18
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
09:48
Tovuzda yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Belə ki orada yerləşən şərab zavodunda anidən yanğın olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər gedir.APA



jpg-1731746327.webp)
jpg-1731741101.webp)







jpg-1731676588.webp)



