• Bakı 14° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artdı

CƏMİYYƏT

31 Avqust 2021 | 17:14

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 788 yeni yoluxma faktı qeydə alınıb, 3 228 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib. 53 129 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, bu günə qədər isə ümumilikdə 4 461 937 test icra olunub.


Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artdı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026