• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

"Yeniyetmələr də vaksin vurdurmalıdır!" - AÇIQLAMA

CƏMİYYƏT

30 Sentyabr 2021 | 16:01

"Yeniyetmələr də vaksin vurdurmalıdır!" - AÇIQLAMA

Rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok və Lomonosov adına institutun molekulyar bioloqu Maksim Skulçayev hazırda dünyada koronavirusun əsas ötürülmə kanalını, yolunu açıqlayıblar. Belə ki, alimlər əsas kanalların yeniyetmələr, 18-20 yaşlı gənclər və uşaqlar olduğunu bildirib. Həmçinin qeyd edib ki, nə qədər ki, yeniyetmələr peyvənd olunmayıb, pandemiyanın səngiməyini gözləməyin.

Azərbaycanda da yeniyetmələr arasında vaksinasiyaya ehtiyac var?

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a danışıb:

"Əlbəttə indi uşaqlar, xüsusən yeniyetmələr arasında virusa yoluxanların sayının daha çox olması gözləniləndir. Çünki məktəblər və universitetlər açıldı, nəticədə, yeniyetmələr həmin yerlərdə toplaşaraq virusun yayılmasına şərait yaradacaqlar. Digər məsələ ondan ibarətdir ki, yeniyetmələrdə elə də güclü imunitet yoxdur. Onlar pandemiya dövründə daha çox evdə oldular deyə aktiv yoluxan qrupa daxil olmadılar. Ona görə də, onlarda təbii immunitet yaranmadı. Bu səbəbdən bundan sonra yeniyetmələrin virusa yoluxma ehtimalı daha çoxdur. Məsələ burasındadır ki, yeniyetmələr vaksin olunmayıb, ancaq yaşlı insanların çoxu həm virusa yoluxub sağalıb, həm də vaksin olunublar. Ona görə də, indi virusun daha çox yeniyetmələr arasında yayılma ehtimalı var. Ancaq yaxşı tərəf odur ki, bu yeniyetmələr sağlamdır və yanaşı xəstəlikləri yoxdur. Ona görə də, onlarda bu xəstəlik yüngül simptomlarla gedə bilər. Çox böyük faiz nisbətində də xəstəxana şəraiti tələb olunmayacaq. Həmçinin, xəstəliyi yüngül formada keçirəcəkləri üçün yoluxma ehtimalları da az olacaq. Amma yenə də ailə üzvlərində yaşlı şəxslər varsa, onları yoluxdura bilərlər. Yeniyetmələrin peyvənd oluması məsələsinə gəldikdə isə, təbii ki, vaksin olunmalıdırlar, mən də bunun tərəfdarıyam. Onu da deyim ki, bu məsələ əvvəldən var. Qrup halında əvvəlcə yaşlı şəxslərdən başlandı deyə azyaşlılara doğru gedir. Artıq bir neçə ay bundan qabaq Avropa və Türkiyədə 12-15 yaşa qədər uşaqların peyvənd olunması məsələsi qaldırıldı və o proses hələ də davam edir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR