• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Batya” ləqəbli narkotacir saxlanıldı

CƏMİYYƏT

30 Oktyabr 2021 | 13:46 | Müəllif: Subhan Mahmudov

“Batya” ləqəbli narkotacir saxlanıldı

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Fuad Quliyev tutulub.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotk vasitəni “Batya” kimi tanıdığı şəxsdən aldığını bildirib. Nərimanov RPİ-nin əməkdaşları tərəfindən əməliyyatın davamı olaraq həyata keçirdikləri tədbir zamanı narotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Bəxtiyar Orucov da tutularaq istintaqa təqdim edilib.

Onun üzərindən və yaşadığı evdən ümumilikdə 900 qrama yaxın satış üçün hazır şəkildə qablaşdırdığı heroin və elektron tərəzi aşkar edilib. Bəxtiyar Orucov izahatında Nərimanov rayonu ərazisində əsasən gənclər arasında narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026