• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST Azərbaycana 100 min tibbi maska göndərib

CƏMİYYƏT

30 Oktyabr 2021 | 14:44 | Müəllif: Subhan Mahmudov

ÜST Azərbaycana 100 min tibbi maska göndərib

COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 50 min tibbi maska Şamaxı rayonuna, hər birinə 10 min olmaqla 50 min tibbi maska isə münaqişənin təsirinə məruz qalmış 5 rayonda (Bərdə, Tərtər, Ağdam, Füzuli və Ağcəbədi) yerləşən xəstəxanalara təhvil verib.

Bakıvaxtı.az xəbər verir ki, bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.

Qeyd edək ki, bu tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib. Sözügedən tədbirlərdə ÜST-nin Ölkə Ofisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in nümayəndələri iştirak edib və müvafiq qurumlar təhvil-təslim aktını imzalayıblar.

Məlumat üçün bildirək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün yerli tərəfdaşlar arasında paylanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026