• Bakı 15° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

CƏMİYYƏT

29 Iyul 2023 | 16:14

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

Tullantıların qalaqlanaraq yandırılmasına görə bir neçə bələdiyyə sədri və obyekt sahibi cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Samux rayonunun Seyidlər kəndi ərazisində, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində, Göygöl rayonunun Toğanalı kəndində fəaliyyət göstərən “101” ictimai iaşə obyektində, Xəzər dənizinin Lənkəran rayonu Nərimanabad qəsəbəsi sahilində fəaliyyət göstərən iaşə obyektlərində və Ağdam rayonunun Xındırıstan kəndindəki “Oba” marketdə formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı Samux rayonu Seyidlər bələdiyyəsinin sədri Nailə Əsədova, Lənkəran rayonu Balıqçılar qəsəbə bələdiyyəsinin sədri Tofiq Bədəlov, “101” ictimai iaşə obyektinin sahibi Vidadi Məmmədov, Lənkəran rayonundakı iaşə obyektlərinin icarədarları Samiq Abuşov, Elşad Əhmədov, Rakif Fəttayev və “Oba” marketin nümayəndəsi Təhminə Vəlizadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


Azərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026