• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi ARTIB

İQTİSADİYYAT

25 Mart 2025 | 11:55

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi ARTIB

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 256,9 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 50 % çoxdur.

O cümlədən, son 1 ildə Azərbaycanla MDB ölkələrinə ixracının dəyəri 7,05 % azalaraq 188,4 milyon ABŞ dollarına, Birlik ölkələrindən idxalının dəyəri isə 68,2 % artaraq 1 milyard 68,5 milyon ABŞ dollarına çatıb.

2 ay ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 4,9 %, ümumi idxalında payı isə 26,9 % təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan və Türkmənistanla formalaşıb. Belə ki,

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 997,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 150,9 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 847 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 68,7 % artıb, ixrac 2,7 % azalıb, idxal isə 94,2 % artıb.

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin dəyəri 71,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 12,2 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 59,7 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 33,2 %, ixrac 67,1 %, idxal isə 27,9 % artıb.

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin dəyəri 66,4 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 10,7 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 55,6 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 7 %, idxal isə 19,3 % azalıb, ixrac isə 97,7 % artıb,

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin dəyəri 65 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 5,5 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 59,5 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 28 dəfə, ixrac 42,1 %, idxal isə 3,1 dəfə artıb.

Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin dəyəri 50,5 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 6,7 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 43,8 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 31,7 %, ixrac 44,9 %, idxal isə 29 % azdır.

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin dəyəri 2,6 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 0,8 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri 1,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 86,8 %, ixrac 95,5 % azalıb, idxal isə 17,2 % artıb.

Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin dəyəri 1,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 0,5 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 0,8 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 26,9 %, ixrac 29,1 %, idxal isə 24,8 % artıb.

Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsinin dəyəri 1,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 1,1 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 0,2 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 3,8 dəfə, ixrac 5,2 dəfə, idxal isə 1,6 dəfə çoxdur.


SON XƏBƏRLƏR

25 Mart 2025