• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərbaycanla İran arasında önəmli razılıqlar əldə olunub" - Hüseyn Əmir Abdullahian

SİYASƏT

22 Dekabr 2021 | 21:16 | Müəllif: Subhan Mahmudov

"Azərbaycanla İran arasında önəmli razılıqlar əldə olunub" - Hüseyn Əmir Abdullahian

Azərbaycanla İran arasında önəmli razılıqlar əldə olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, müxtəlif ideyalar irəli sürülüb və əlaqələrin inkişafı sürətlə davam edəcək.

"Azərbaycanı öz ərazilərini işğaldan azad etməsi münasibəti ilə təbrik edirəm.
İranın yeni hökumətinin prioriteti Azərbaycanla əlaqələri maksimum səviyyədə inkişaf etdirməkdir", - deyə o bildirib.

Nazir qeyd edib ki, İranın yeni höküməti İran, Azərbaycan, Türkiyə və Rusiya arasında dördtərəfli əlaqələrin inkişaf etdirilməsini istəyir. Bundan başqa, 3+3 formatı çərçivəsində görüşlər təşkil edilir.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR