• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

İDMAN

13 Noyabr 2023 | 20:58

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanın FİFA referisi Rauf Cabarov təyinat alıb.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan milliləri arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Rauf Cabbarova yan xətdə Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da Skopyedə keçiriləcək Şimali Makedoniya - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026