• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycanlı müğənni Malaxovun şousunda

MƏDƏNİYYƏT

13 Fevral 2022 | 22:20 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı müğənni Malaxovun şousunda

Xalq artisti Sərxan Sərxan Andrey Malaxovun "Привет, Андрей!" şousunun qonağı olub.

Bakıvaxtı.az xəbər verir ki, "Россия 1" kanalında yayımlanan proqramda müğənni sovet dövrünün məşhur vokal instumental ansamblı "Красные маки"nin solistləri ilə birlikdə yer alıb. O bildirib ki, 30 ilə yaxındır görüşmürlər.

S.Sərxan Andrey Malaxova onları bir araya gətirdiyi üçün təşəkkür edib (axsam.az). O, hər kəsə Azərbaycandan salamlar çatdırıb. 

Müğənni uşaqlığından danışaraq Bakıda avarçəkmə ilə məşğul olduğunu, daha sonra isə gitara ifaçılığına başladığını deyib:

"Bakı sovet dövrünə möhtəşəm ifaçılar bəxş edib:Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu".

S.Sərxan məşhur "Кружатся диски" mahnısını səsləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026