• Bakı 6° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Azərreyl" ölkə çempionu oldu

İDMAN

22 Aprel 2024 | 19:12 | Müəllif: Subhan Mahmudov

"Azərreyl" ölkə çempionu oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, finalda “Azərreyl” və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib.

İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlib. Ardıcıl iki setdə "Murov Az Terminal" oyunçuları üstün olublar - 27:25, 25:19.

Dördüncü setdə “Azərreyl” istəyinə çatıb - 32:30.

Həlledici, qızıl setdə (15:13) də üstün olan "Azərrey" rəqibə 3:2 hesabı ilə qalib gələrək ölkə çempionu adına sahib çıxıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026