B1 vitamini barədə çox insanlar məlumatsızdır. Tiamin adlı bu vitamin həzm, sinir sistemi və maddələr mübadiləsini tənzimləyir.
Bakıvaxtı.az xəbər verir ki, həkim Lyudmila Lapa B1 çatışmazlığının təhlükəli əlamətlərini açıqlayıb.
“Səbəbsiz ürəkbulanma, mədə-bağırsaq, qarın ağrıları, qusma, həzmsizlik, əsəb, gərginlik,əhvalın çox dəyişməsi, depressiya, melanxoliya başlayır. Ən pis halda beynin işi pozulur, əqli, zehni imkanlar azalır, yaddaş pozulur. İnsanda xroniki yorğunluq olur.
B1 vitamini heç həkimlərin də ağlına gəlmir.
Ciddi defisitdə tiamin preparatı təyin edilir.
B1-lə zəngin qidalar qoz və yarmalardır. Qarabaşaq, yulaf, yabanı düyü, arpa, kinoa, qoz, fındıq, badam, araxisi hər gün yeyin”.Bakupost.az
















