• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakı metrosu iyunun 1-dən açıla bilər? - AÇIQLAMA

GÜNDƏM

20 May 2021 | 15:46

Bakı metrosu iyunun 1-dən açıla bilər? - AÇIQLAMA

Bakı metrosu iyunun 1-nə qədər sərnişinlərin istifadəsinə hazır vəziyyətdə olacaq.

Bu barədə Bakıvaxtı.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, metronun açılışı ilə bağlı onlarda hər hansı məlumat yoxdur:

“Hər zaman olduğu kimi bu gün də metroda qatarların saz vəziyyətdə saxlanılması üçün zəruri olan bütün texniki tədbirlər görülüb. Metronun fəaliyyətə başlaması isə Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı yeni qərarından asılı olacaq. Metronun açılması ilə bağlı bizə heç bir tarix deyilməyib. Biz sərnişinlərə xidmət etməyə tam hazır vəziyyətdəyik”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026