• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı-Moskva reysi ilə uçan təyyarə hava limanına geri qayıtdı - SƏBƏB

HADİSƏ

10 Iyul 2022 | 09:54

Bakı-Moskva reysi ilə uçan təyyarə hava limanına geri qayıtdı - SƏBƏB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən "Airbus A340" hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bakıvaxtı.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.

"Airbus A340" təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026