• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakı-Sumqayıt qatarlarının sayı artırılır - CƏDVƏL

CƏMİYYƏT

20 Oktyabr 2021 | 17:04

Bakı-Sumqayıt qatarlarının sayı artırılır - CƏDVƏL

Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 21 oktyabr tarixindən bu xətt üzrə hərəkət edən qatarların sayı artırılacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında deyilir.

Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə artırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.

O cümlədən Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.

Yeni cədvəlləri təqdim edirik. Qeyd edək ki, cədvəllərdə əlavə olunmuş reyslər qırmızı, dəyişiklik olunmuş reyslər isə sarı rənglə fərqləndirilib.


Bakı-Sumqayıt qatarlarının sayı artırılır - CƏDVƏLBakı-Sumqayıt qatarlarının sayı artırılır - CƏDVƏLBakı-Sumqayıt qatarlarının sayı artırılır - CƏDVƏLBakı-Sumqayıt qatarlarının sayı artırılır - CƏDVƏL
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026