• Bakı C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

SİYASƏT

10 Fevral 2026 | 17:59

Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-prezidentinə raport verib.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.

Sonra rəsmi foto çəkdirilib.


SON XƏBƏRLƏR