• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda  beynəlxalq konfrans keçiriləcək

CƏMİYYƏT

20 Sentyabr 2022 | 15:21

Bakıda beynəlxalq konfrans keçiriləcək

Noyabrın 16-da Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə beynəlxalq konfrans keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, tədbirin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.

Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə yaradılıb. Qurumun əsas işi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR