• Bakı 25° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - VİDEO

HADİSƏ

16 Fevral 2025 | 22:36 | Müəllif: Subhan Mahmudov

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb. 

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026