İctimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb.
Bakıvaxtı.az xəbər verir ki, Report-un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə sözügedən vəsatət təmin olunub.
Belə ki, onun barəsində olan həbs qətimkan tədbirinin müddətinin mayın 3-ə qədər uzadılması ilə bağlı qərar verilib.
Qeyd edək ki, Rüfət Səfərov ötən ilin dekabr ayının 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.