• Bakı 22° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Şərabçılıq məhsullarının reklamına dair YENİLİK

CƏMİYYƏT

18 Mart 2025 | 12:04

Şərabçılıq məhsullarının reklamına dair YENİLİK

Şərabçılıq məhsullarının reklamına dair qaydalar dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Üzümçülük və şərabçılıq haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan şərabçılıq məhsullarının reklamını yerləşdirə bilməyəcək.

Bundan əlavə “Reklam haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin reklamını yerləşdirə bilməyəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

22 Sentyabr 2025