• Bakı 17° C

    7.02 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

“AzərEnerji”: Ölkənin ən böyük elektrik stansiyası istismara verilməyə hazırlanır

İQTİSADİYYAT

18 Mart 2025 | 10:50

“AzərEnerji”: Ölkənin ən böyük elektrik stansiyası istismara verilməyə hazırlanır

Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasında işlər yekunlaşdırılır.

Bu barədə Bakıvaxtı.az-a “AzərEnerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, son illərdə ölkədə icra edilən ən nəhəng layihələrdən biri olan və 2023-cü ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan stansiyada işlər qrafikə uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da artıq proses qrafikdən əvvəl başa çatmaqdadır.

Hazırda yeni elektrik stansiyasının ədəd turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işəburaxılması həyata keçiriliəcək.

Qeyd edək ki, yeni tikilən elektrik stansiyası qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olmaqla yanaşı, ölkədəki digər istilik elektrik stansiyaları arasında hər kilovat saat üçün ən az qaz yandıran elektrik stansiyası olacaq.

Bildirilir ki, yeni elektrik stansiyasının turbin və generatorları İtaliyanın “Ansaldo Energia”, util qazanlar isə Çinin “Dongfang” şirkətinin istehsalı olduğundan son 2 ildə dəfələrlə bu şirkətlərin mütəxəssisləri Mingəçevirdə, “AzərEnerji” mütəxəssisləri isə İtaliya və Çində olub, əyani kurslarda iştirak ediblər. Hazırda isə stansiyada qurğuların, avadanlıqların texniki sistemlərinin tam və etibarlı şəkildə istismarının təmin edilməsi, Qazan-Turbin sexinin işçilərinin bilik və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə “Util Qazan təlim proqramı” üzrə aparılan Turbin, Generator və Avtomatika sahələri üzrə kadr hazırlığı proqramı davam etdirilir.

Hazırda belə bir təlim proqramı İtaliyanın “Ansaldo Energia” şirkətinin nümayəndələri tərəfindən stansiyanın işçiləri üçün keçirilir və layihə kurs şəklində davam etdirilir. Bu kurslara “Azərenerji”nin 130 əməkdaşı cəlb olunub.

Həmçinin bildirilir ki, bundan əvvəl yanvar ayında “Dongfang” şirkəti tərəfindən də belə bir təlim kursu keçirilib və təlimçilər müəyyən olunan proqramlar üzrə mütəxəssislərin verdiyi bilik və bacarıqlara yiyələniblər.


SON XƏBƏRLƏR