• Bakı 12° C

    16.77 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırırıq - Lemmi

SİYASƏT

18 Mart 2025 | 17:07

Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırırıq - Lemmi

Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.

 "Azərbaycan və Ermənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər.

 


SON XƏBƏRLƏR