q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 14 % artıb

CƏMİYYƏT

20 Aprel 2026 | 13:13

Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 14 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektron satınalmaların sayı 783, ümumi məbləği isə 407,1 milyon manat təşkil edib.

Bakıvaxtı.az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,1 % və 13,9 % çoxdur.

"2 ay ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub. Bu, sağlam rəqabətin, KOB-ların fəallığının və iqtisadi diversifikasiyanın göstəricisidir. Dövlət satınalmalarının rəqəmsallaşdırılması iqtisadi səmərəliliyi təmin edir, kiçik və orta sahibkarların dövlət sifarişlərinə çıxışını asanlaşdırır və informasiya əlçatanlığını artırmaqla bazarda bərabərliyi təşviq edir", - deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR