q
  • Bakı 10° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Deliç: "Hər oyuna qələbə üçün çıxacağıq"

İDMAN

20 Aprel 2026 | 11:20

Deliç: Hər oyuna qələbə üçün çıxacağıq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Kubokunda hər oyuna qalib gəlmək üçün çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Ratomir Deliç bildirib.

Mütəxəssis planetin ən güclü komandalarına qarşı mübarizə aparmağın böyük şərəf olduğunu vurğulayıb:

"Dünya Kubokunda olmaq və planetin ən yaxşı komandaları ilə bu titul uğrunda mübarizə aparmaq həqiqətən şərəfdir. Artıq qrupdakı rəqiblərimizi tanıyırıq. Bu dəfə yarışın sisteminin indiyədək alışdığımızdan bir qədər fərqli olacağını bilirik. Lakin biz bu cür rəqabətə həm fiziki, həm də taktiki cəhətdən ən yüksək səviyyədə hazırlaşmağa çalışacağıq. Əlbəttə ki, asan olmayacaq. Amma hər zamankı kimi, rəqibin kimliyindən asılı olmayaraq, meydana hər oyunda qalib gəlmək üçün çıxacağıq. Heç kimi zəif qiymətləndirmirik, lakin eyni zamanda, heç bir komandaya qarşı oynamaqdan da qorxmuruq".

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar ilə mübarizə aparacaq. Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.


SON XƏBƏRLƏR

19 Aprel 2026