q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

"KredAqro" fəaliyyətini dayandırır? - RƏSMİ

İQTİSADİYYAT

20 Aprel 2026 | 13:05

KredAqro fəaliyyətini dayandırır? - RƏSMİ

Son günlər sosial şəbəkələrdə və maliyyə dairələrində “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) fəaliyyətini dayandıra biləcəyi ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, BOKT-lar arasında geniş istifadə olunan "KredAqro" tərəfindən kredit verilişinin müvəqqəti dayandırıldığı, bu səbəbdən də şirkətin bağlanacağı barədə müxtəlif şayiələr formalaşıb.

İddialara əsasən, bəzi müştərilər təşkilatda maliyyə problemlərinin yarandığını və büdcədə vəsait çatışmazlığı ola biləcəyini də irəli sürür.

Lakin məsələ ilə bağlı BOKT-dan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sistemdə texniki işlər aparılır. Qurumdan verilən məlumata görə, bu səbəbdən kredit verilişində müvəqqəti fasilə yaranıb.

Qeyd olunub ki, yaxın günlərdə texniki proseslərin tamamlanması ilə kredit xidmətlərinin yenidən bərpa olunması planlaşdırılır.

"Hazırda “KredAqro”nun fəaliyyətini dayandırması ilə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur və yayılan xəbərlər yalnız iddia xarakteri daşıyır", - qurumdan saytımıza bildirilib.

Murad İsmayıl


SON XƏBƏRLƏR