Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, apa-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki Qazax rayon sakini 2006-cı il təvəllüdlü R.Hacımahmudov atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşı 1995-ci il təvəllüdlü E.Amirdirə məxsus "Volvo" markalı TIR-a çırpılıb, nəticədə minik maşını deformasiyaya uğrayıb.
Qəza zamanı minik avtomobilinin sürücü 2006-cı il təvəllüdlü R.Hacımahmudov, onun sərnişinləri 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan 2010-cu il təvəllüdlü G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə minik maşını toydan qayıdan zaman qəzaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bakı 




