q
  • Bakı 10° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Azərbaycan-Laos əməkdaşlığı müzakirə edildi

SİYASƏT

20 Aprel 2026 | 14:56

Azərbaycan-Laos əməkdaşlığı müzakirə edildi

Xarici işlər naziri Ceyhun Bayramov Lao Xalq Demokratik Respublikasının (Laos) xarici işlər naziri Thongsavanh Phomvihane ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.

Qeyd olunub ki, görüş BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində olub.

Görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq sahələrinin araşdırılması istiqamətində qarşılıqlı öhdəliklərini bir daha təsdiqləyiblər.


SON XƏBƏRLƏR