Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin son uşağı da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.
Bakı 




