• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Tbilisiyə qatarlar hər gün bu saatda yola düşəcək

CƏMİYYƏT

19 May 2026 | 22:21 | Müəllif: Subhan Mahmudov

Tbilisiyə qatarlar hər gün bu saatda yola düşəcək

“Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

İctimaiyyətə əlavə məlumat təqdim ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR