q
  • Bakı 11° C

    10.85 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

“Mikrorayon”dan AÇIQLAMA: Zorakılıq səhnələri dəyişdirilməyəcək

CƏMİYYƏT

20 Aprel 2026 | 16:02

“Mikrorayon”dan AÇIQLAMA: Zorakılıq səhnələri dəyişdirilməyəcək

Türkiyədə məktəbdə baş verən faciədən sonra serial və ekran məzmunlarında zorakılıq səhnələrinə yanaşma yenidən gündəmə gəlib. Bu çərçivədə serialların daha həssas və nəzarətli şəkildə təqdim olunacağı bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda da bu tip müzakirlər gedir. Təbii ki, sözhbət yerli telekanallardan birində yayımlanan “Mikrorayon” adlı serialdan gedir.

Serialın bölümlərində şiddət, cəzalandırılma səhnələri izləyicilər tərəfindən tənqid olunub.

Bakıvaxtı.az "Mikrorayonda"kı zorakılıq hallarıyla bağlı filmin quruluşçu rejissoru Qulu Əsgərovla əlaqə saxlayıb. 

Onun sözlərinə görə, “Mikrorayon” artıq çəkilib, montaj prosesi də demək olar ki, yekunlaşıb. Buna görə də məzmunla bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. 

Müsahibimiz bildirib ki, zorakılıq səhnələri mümkün qədər estetik formada təqdim olunub və məqsəd reallığın göstərilməsi, gənclərə isə bu yolun nəticələrinin çatdırılmasıdır:

"Bir problemin həllini bildirmək üçün onu göstərmək lazımdır. Bunun başqa variantı yoxdur. “Mikrorayon” serialı başqa bir şəkildə çəkilsə, heç baxılmayacaqdı. Təəssüf ki, bu şeylər olub, hələ də var və davam edir. Biz sadəcə olaraq gənclərə kriminal həyatın nə qədər qaranlıq, sonu olmayan bir yol olduğunu göstərmək istəyirik. Filmin mənasını isə 12-ci seriyaya qədər baxan şəxs anlaya, başa düşə bilər. Çünki bir işin ki adı “çoxseriyalı bədii film”dirsə, bədii filmə bir seriya baxıb qərar verə bilməzsən. Baxan sağlamdırsa, sağlam da nəticə çıxaracaq. Filmdəki hər obrazın həyat yolu fərqlidir. Yəni hamının qapısını döyüb filmə bu nöqteyi-nəzərdən bax deyə bilmərik.

İzləyici sağlamdırsa, oradan sağlam fikri götürüb qəbul edəcək".

Qulu Əsgərov: Hər şeyi olduğu kimi göstərməsəm, verdiyim mesaj da heçə gedəcək

"Fikir vermisinizsə, mən zorakılıq səhnələrini orda demək olar ki, heç göstərməmişəm" deyən rejissor qulaq kəsmə səhnəsini də estetik şəkildə çəkdiyini qeyd edib.

Onun sözlərinə görə, mikrorayonda dava olmalıdır, çünki reallığı göstərmək lazımdır:

"Mən özüm də burada böyümüşəm. Ona görə hər şeyi olduğu kimi göstərməsəm, verdiyim mesaj da heçə gedəcək. Filmdə hər kəs ən azından hansısa bir ailə üzvünü görəcək.

Bir nəfər belə o yoldan çəkinsə, bizim üçün uğur sayılır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR