• Bakı 18° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Gömrük Komitəsinə yeni səlahiyyət verildi

SİYASƏT

20 Aprel 2026 | 17:27

Gömrük Komitəsinə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026