q
  • Bakı 11° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Çinlə ticarət dövriyyəsi kəskin artıb

İQTİSADİYYAT

20 Aprel 2026 | 16:51

Çinlə ticarət dövriyyəsi kəskin artıb

Bu ilin birinci rübündə Azərbaycanla Çin arasında 1 milyard 103 milyon 631 min ABŞ dolları dəyərində ticarət əməliyyatları icra olunub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.

    Dövr ərzində Çinlə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 11,73%-ni təşkil edib.

    Yanvar-mart aylarında Azərbaycandan Çinə 29 milyon 59 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu isə, illik 25,2% artım deməkdir. İlk üç ayda Çinə ixrac ölkənin ümumi ixracında 0,54% paya sahib olub.

    Hesabat dövründə Çindən Azərbaycana 1 milyard 74 milyon 571 min ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da illik 6,9% çoxdur. Bu dövrdə Çindən idxal Azərbaycanın ümumi idxalının 26,83%-i həcmində olub.

    Qeyd edək ki, Çin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.


    SON XƏBƏRLƏR