q
  • Bakı C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Musiqiçi azyaşlını təhlükəyə atdı - VİDEO

HADİSƏ

20 Aprel 2026 | 13:16

Musiqiçi azyaşlını təhlükəyə atdı - VİDEO

Azərbaycanda yolda təhlükəli şəkildə qayda pozuntusu edən daha bir sürücü bu əməlinin videosunu sosial şəbəkə hesabında paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Göyçay rayonunda qeydə alınıb. Belə ki, musiqiçi kimi fəaliyyət göstərən Rəhman Yediyarov adlı sürücü idarə etdiyi 77-QE-051 qeydiyyat nişanlı “KIA” markalı avtomobilin sükanı arxasında olarkən körpə uşağı qucağında saxlayaraq maşını tək əli ilə sürüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan qafqazinfo-ya bildirilib ki, sərnişindaşıma qaydalarını pozan sürücü polis əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, azyaşlıların avtomobilin ön oturacağında daşınması, sürücünün qucağında kimisə aparması qanunla qadağandır və inzibati məsuliyyət yaradır.


SON XƏBƏRLƏR