q
  • Bakı 12° C

    12.96 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Azərbaycanda siqaret istehsalı 23%-dən çox artıb

İQTİSADİYYAT

20 Aprel 2026 | 10:11

Azərbaycanda siqaret istehsalı 23%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 milyard 816 milyon ədəd siqaret istehsal olunub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur.

    Aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 15 milyon ədəd təşkil edib.

    Bundan əlavə, I rübdə 503,3 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7,4% çoxdur.

    Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana, ümumilikdə, 323 min ABŞ dolları dəyərində 15,5 milyon ədəd siqaret idxal edilib. Hesabat dövründə Azərbaycandan 6 milyon 4,58 min ABŞ dolları dəyərində 374,8 milyon ədəd siqaret isə ixrac olunub.

    ÖlkələrSiqaret idxalı, mln. ədədHəcm, min ABŞ dolları
    Türkiyə15,52321,66
    Çin0,010,7
    Birləşmiş Ərəb Əmirlikləri-0,42
    Amerika Birləşmiş Ştatları-0,15
    Yaponiya-

    0,06

     

    ÖlkələrSiqaret ixracı, mln ədədHəcm, min ABŞ dolları
    Gürcüstan255,514809
    Qırğızıstan99,78989,72
    Ölkə təyin olunmayıb9,35129,07
    Suriya Ərəb Respublikası1070
    Qazaxıstan0,116,78

    SON XƏBƏRLƏR

    19 Aprel 2026