• Bakı 17° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Mediasiya Şurası özünü ciddi institut kimi təsdiq edib

İQTİSADİYYAT

18 Mart 2025 | 12:38

Mediasiya Şurası özünü ciddi institut kimi təsdiq edib

"Məcburi olaraq ilkin mediasiya sessiyası tələb olunan işlərin siyahısının genişləndirilməsi vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mediasiya daha çox ailə mübahisələrini həllinə ünvanlandığı halda kommersiya, əmək və mülki mübahisələrin də daha çox ilkin mediasiya cəlb olunması məqsədəuyğun olardı. Bu hüquq sahəsində islahatların dərinləşməsinə xidmət edər.

"Mediasiya Şurası özünü ciddi institut kimi təsdiq edib və bu da mediasiya prosesinə daha çox işlərin cəlbinə zəmin yaradır. Mediatorların və eləcə də müraciətlərin sayındakı artımlar da bunu təsdiq edir. Bu da həmin qurumun səlahiyyətlərinin daha da genişləndirilməsini daha da aktuallaşdırır".- deyə deputat nəzərə çatdırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR