Bakı şəhəri, Xətai rayonunun Aşıq Ələsgər küçəsi yaxınlığında, açıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata əsasən açıq ərazidə kol-kos yanır.
















