• Bakı 21° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Kəmaləddin Heydərov rusiyalı həmkarının vida mərasimində

CƏMİYYƏT

10 Sentyabr 2021 | 15:22

Kəmaləddin Heydərov rusiyalı həmkarının vida mərasimində

Sentyabrın 10-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhərində yerləşən Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında faciəli şəkildə həlak olmuş Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevlə vida mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026