• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bakıda kütləvi dava - Ölən var

HADİSƏ

30 Iyul 2023 | 09:12 | Müəllif: Subhan Mahmudov

Bakıda kütləvi dava - Ölən var

İyulun 29-da saat 23:00 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 2 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı  paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evlərdən birində qısqanclıq zəminində  yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmamverdi Quluzadə və 1998-ci il tarixli Bəkir Qurbanovun bıçaq xəsarətləri alması, sonuncunun həmin xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

İmamverdi Quluzadə və Şahin Əhmədovun müalicəsi hazırda xəstəxanada davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026